» » » Salyan sakin ağır yaralandı-öz həyətində

Salyan sakin ağır yaralandı-öz həyətində

Salyan sakin ağır yaralandı-öz həyətində

Salyan rayonu, Şorsulu kənd sakini, 1974-ci il təvəllüdlü Zeynalov Mətləb Fəxrəddin oğlu dünən axşam saatlarında ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Ucarliyiq.biz virtualaz-a istinadən bildirir ki, M. Zeynalov onurğa sütununun qırılması şübhəsi və ağciyərin əzilməsi diaqnozu ilə xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda onun vəziyyətinin ağır olduğunu bildirirlər.

M.Zeynalovun öz həyətlərində ehtiyatsızlıqdan, evlərinə qonaq gəlmiş qohumunun idarə etdiyi "KaMAZ"ın altında (yük maşını arxaya hərəkət edirmiş) qaldığı deyilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.