» » » DƏHŞƏT! Qazaxda avtomobil aşaraq yanıb - ÖLƏN VAR

DƏHŞƏT! Qazaxda avtomobil aşaraq yanıb - ÖLƏN VAR

DƏHŞƏT! Qazaxda avtomobil aşaraq yanıb - ÖLƏN VAR

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu, Çaylı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.
Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Meyit və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil veriliblər.