» » » Azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirildi - Foto

Azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirildi - Foto

Azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirildi - Foto

Ukraynada bıçaqlanaraq qətlə yetirilən azərbaycanlı tələbənin nəşi vətənə gətirilib.

Krımın Simferopol şəhərində təhsil alan Məhəmməd Amil oğlu Səfərəliyevin nəşi bu gün səhər saatlarında yaxınlarının iştirakı ilə doğulduğu Zaqatalanın Yuxarı Tala kəndinə aparılıb.

Tələbənin qohumlarının verdiyi məlumata görə, bir-neçə gün öncə Məhəmməd Səfərəliyevin qardaşı, dayısı və digər qohumu nəşi gətirmək üçün Krıma yollanıblar və oradan xüsusi avtomobil sifariş veriblər. İki gün öncə səhər isə oradan Azərbaycana yola düşüblər.

22 yaşlı Məhəmməd Səfərəliyev bu gün Zaqatalanın Yuxarı Tala kənd qəbristanlığında dəfn olunacaq.(report)

Azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirildi - Foto
Azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirildi - Foto
Azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirildi - Foto