» » » Masallıda bəy toy günü gəlini niyə döydü? ŞOK TƏFƏRRÜAT

Masallıda bəy toy günü gəlini niyə döydü? ŞOK TƏFƏRRÜAT

Masallıda bəy toy günü gəlini niyə döydü? ŞOK TƏFƏRRÜAT

Masallı rayonunun Xocavar kəndində bəyin kobud hərəkəti nəticəsində toyda gəlinsiz qalması barədə dünən məlumat yayılmışdı.
Rayon sakinlərinin verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib. Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbiləşən bəy gəlinə şillə vurub.

Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 02.00-a qədər toy olub, vur-çatlasın davam edib. Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.

Rayon sakinləri bəyin gəlinə şapalaq vurmasının səbəbini milli.az-a yazıblar. Qonşu kənddən olan qızla oğlan bir ay əvvəl nişanlanıblar. Toy günü gözəllik salonunda gəlinin bəylə gəlinlik paltarı üstündə mübahisəsi düşüb. Gəlinin açıq-saçıq gəlinlik paltarı seçməsi bəyin xoşuna gəlməyib. Qız isə israrla həmin paltarı geyinəcəyini bildirib. Bəy isə dözməyərək ona bir şapalaq vurub. Sonda isə ailə qurulmadan dağılıb.