» » » Şəkidə ayının hücum etdiyi kişinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

Şəkidə ayının hücum etdiyi kişinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

Şəkidə ayının hücum etdiyi kişinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

Şəkidə 43 yaşlı kişi ayı hücumuna məruz qalıb.

ARB Şəki xəbər verir ki, hadisə rayonun Baş Şabalıd kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağlıq meşəlik ərazidə özünə məxsus şabalıd sahəsinə gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edib.

Zərərçəkən hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə qarşı peyvənd edilib.