» » » Polis idarəsi 2 aldığı üçün intihar edən məktəblinin işinə dair açıqlama verdi - VİDEO

Polis idarəsi 2 aldığı üçün intihar edən məktəblinin işinə dair açıqlama verdi - VİDEO

Polis idarəsi 2 aldığı üçün intihar edən məktəblinin işinə dair açıqlama verdi - VİDEO

Abşeron Rayon Polis İdarəsi bir sıra KİV-də yayılan Xırdalan şəhərinin 2 saylı məktəbin şagirdinin intihar xəbərinə dair açıqlama verib.

Ucarliyiq.biz 1news.az-a istinadən xəbər verir ki, idarədə bu məlumatın yalan olduğu və heç bir fakta əsaslanmadığı bildirilib.

"Əslində bədbəxt hadisə baş verib. İlkin məlumata görə, altıncı sinif şagirdi Zahid Nuriyev ikinci mərtəbənin pəncərəsində oturarkən ehtiyatsızlıq ucbatından yıxılıb. Huşunu itirən oğlan xəstəxanaya çatdırılıb, o, sağdır. Bundan başqa, onun vəziyyəti qənaətbəxşdir. Heç bir intihar haqqında söhbət gedə bilməz", - polisdən bildirilib, fakt üzrə araşdırma aparıldığı vurğulanıb.