» » » DƏHŞƏT! Şagird müəlliminə hücum edib gözünü kor elədi -Bakıda

DƏHŞƏT! Şagird müəlliminə hücum edib gözünü kor elədi -Bakıda

DƏHŞƏT! Şagird müəlliminə hücum edib gözünü kor elədi -Bakıda

Paytaxtın Suraxanı rayonunda şagird müəllimələrə hücum edib və ona xəsarət yetirib.

Ucarliyiq.biz bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib.

Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.

Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimələrə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.(publika)