» » » Azərbaycanda şagirdini zorlayan müəllimə iş kəsildi - 5 il 6 ay

Azərbaycanda şagirdini zorlayan müəllimə iş kəsildi - 5 il 6 ay

Azərbaycanda şagirdini zorlayan müəllimə iş kəsildi - 5 il 6 ay

Şamaxı rayonu Pirbəhli kəndində qeydə alınan biabırçı olayda - şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda onun atası Həsənağa İbrahimov məlumat verib. O, ailəsinin pərən-pərən düşdüyünü qeyd edərək, medianı bu məsələni şişirtməkdə qınayıb. Həsənağa İbrahimov deyib ki, hadisə barədə mətbuat bu qədər yazmasaydı, işlər bu səviyyəyə çatmazdı:

"Hamınız istəyinizə çatdınız, oğlum tutuldu. 5 il 6 aylıq həbs edildi. İstəyirsiniz, gəlin məni də tutdurun".

Xatırladaq ki, Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyev hadisələrdən sonra qalmaqalda adları hallanan müəllim və şagirdin ailə qurmağa hazırlaşdığını açıqlamışdı.

H.İbrahimov bu faktı təsdiqləyib: "Bəli, ailələr razılığa gəlmişdi, barışmışdıq. Amma hüquq-mühafizə orqanları, hökumət barışığa heç bir məhəl qoymadı. Heç barışıq sözünü hallandırmadılar da".

Baba dünyaya gələn nəvəsindən xəbərsiz olduğunu bildirib: "Uşaqdan xəbərimiz yoxdur, görməmişik. Hər şeyi hökumət bilir, biz bilmirik".

H.İbrahimov həmçinin oğlunun həyat yoldaşının 2 uşaqla birlikdə atası evinə getdiyini açıqlayıb: "Gəlin uşaqlarla birlikdə atası evinə getdi. Hərəsi bir dərədədir. Ailəmiz dağıldı daha".

Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılmışdı.

Hadisədə adı hallanan müəllim 25 yaşlı Elnur İbrahimov ailəlidir, 2 övladı var.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.