» » » Qazaxda iki avtomobil toqquşub

Qazaxda iki avtomobil toqquşub

Qazaxda iki avtomobil toqquşub

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 488-ci kilometrliyində, Qazax rayonu ərazisində qeydə alınıb.
"VAZ 2107" və "Land Rover" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramazan Gözəlov və Qazax rayon sakini, 1995-ci il təvəllüdlü Azim Xəlilov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.(avtosfer)