» » » Məscidə namaz qılmağa gəldi, 3500 manatı oğurlandı - Bakıda

Məscidə namaz qılmağa gəldi, 3500 manatı oğurlandı - Bakıda

Məscidə namaz qılmağa gəldi, 3500 manatı oğurlandı - Bakıda

Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.

Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3 500 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.