» » » Mətanət İsgəndərlinin "MTN"lə bağlı ŞOK sirri ortaya çıxdı: "Buna məcbur idim"

Mətanət İsgəndərlinin "MTN"lə bağlı ŞOK sirri ortaya çıxdı: "Buna məcbur idim"

Mətanət İsgəndərlinin "MTN"lə bağlı ŞOK sirri ortaya çıxdı: "Buna məcbur idim"

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin MTN-in agenti adlandırdığı əməkdar artist Mətanət İsgəndərlinin bacısı Təranə İsgəndərli bu məsələ ilə bağlı susmasının səbəbini açıqlayıb.

Ucarliyiq.biz bildirir ki, publika.az-a danışan Təranə xanım buna məcbur olduğunu deyib:

"Çox adam mənə deyir ki, niyə susursan, danışmırsan. Bacım Mətanət əvvəldən mənə bu məsələ ilə bağlı danışmağa icazə vermir. Mənə qadağa qoyub ki, sən bu işlərə qarışma, çəkil, kənarda dayan. Əvvəl gündən Mətanətlə aramızda belə söhbət olub, mən ona söz vermişəm. İndi siz məni məcbur etməyin. Məni də bacımın işlərinə qarışdırmayın".

M.İsgəndərlinin bu məsələyə görə hüquq-mühafizə orqanlarına müraciət edəcəyi ilə bağlı yayılan xəbərlərə bacının münasibəti belə oldu:
"Mətanətin şəxsi vəkili var, amma mən eşitməmişəm ki, buna görə hüquq-mühafizə orqanlarına müraciət etsin".