» » » Paytaxtda YANĞIN
Paytaxtda YANĞIN

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb.

FHN-ə istinadən bildirilir ki, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar 10 m2 sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.