» » » Azərbaycan Ermənistanda vahimə yaratdı - VİDEO

Azərbaycan Ermənistanda vahimə yaratdı - VİDEO

Azərbaycan Ermənistanda vahimə yaratdı - VİDEO

İsrailin yaxın vaxtlarda Azərbaycana "Dəmir günbəz" raketdən müdafiə sistemini verəcəyi ilə bağlı Azərbaycan KİV-də yayılan məlumat Ermənistanda bomba effekti yaradıb.
BAKU.WS-in məlumatına görə, Erməni KİV məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannesyana sual ünvanlayıb. Erməni rəsmi Erməni cəmiyyətini sakitləşdirməyə çalışaraq bir-birinə zidd açıqlamalarla yadda qalıb. Əvvəlcə o, erməniləri Azərbaycan KİV-də yayılan bu tipli məlumatlara inanmamağa çağırıb. Bundan sonra Artsrun Ovannesyan bir az da irəli gedərək indiyədək hazırlanmış raketdən müdafiə sistemləri içərisində mükəmməlliyi ilə seçilən "Dəmir günbəz" sistemini pisləyərək bunun Ermənistanda olan Rusiya "İsgəndər"ləri qarşısında bir işə yarımayacağını deməkdən çəkinməyib.
Məsələ burasındadır ki, aprel döyüşlərinədək elə həmin Ovannesyan Ermənistanın Azərbaycanın aviazərbələrindən qorunmaq üçün öz "Dəmir günbəz"lərinin yaradılmasının vacibliyindən dəm vururdu. Ovannesyan bu sistemin İsrailin "Dəmir günbəz" sistemi ilə müqayisə oluna biləcəyini də iddia edirdi. İndi görünür həmin Artsrun Ovannesyan dediklərini unudub.
Qeyd edək ki, erməni rəsminin pislədiyi İsrailin "Dəmir günbəz" sistemi idarəolunmayan, 4 kilometrdən 70 kilometrə qədər radiuslu taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulub. İsrailin "Rafael" şirkəti tərəfindən istehsal edilir. Bir "Dəmir günbəz" batareyası 150 kvadratkilometr ərazinin müdafiəsini təmin edir. Sistem düşmən taktiki raketlərini aşkarlayan, uçuş trayektoriyasını müəyyən edən ELM-2084 radarından ( "ELTA Systems" şirkəti), atəşin idarəedilməsi mərkəzindən və hərəsində 20 raket olmaqla 3 "Tamir" raket-tutucu komleksindən ibarətdir. "Tamir" raketlərinin uzunluğu 3 metrdir.
İsraildə bu sistemlərin işlənib hazırlanması zərurəti "Həmas" və "Hizbullah"la müharibələr nəticəsində meydana çıxıb. Çünki "Hizbullah" və "Həmas" Livanın cənubundan və Qəzza sektorundan İsrail ərazisini İrandan alınan müxtəlif tipli raketlərlə, o cümlədən "Qəssam" raketləri ilə atəşə tuturdu. İsrailin raketdən müdafiə sistemi isə uzaqmənzilli ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuşdu. Radiusu bir neçə kilometrdən başlayan taktiki raketlərə qarşı isə müdafiə mövcud deyildi.
İsrail 2000-c illərin əvvəllərindən bu sistemin işlənib hazırlanmasına başlamlışdı, 2011-ci ildə ilk "Dəmir günbəz" (ivritcə İron Dome ) batareyası döyüş növbəsinə dayanıb. 2014-cü ildə isə bütün ölkə boyu 9 belə batareya döyüş növbəsi çəkirdi. 2011-ci ilin aprelində "Dəmir günbəz"in ilk döyüş tətbiqi həyata keçirilib, sistem Qəzza sektorundan buraxılan 8 "Qrad" raketinin hamısını havada vurub.
2012-ci ilin martında isə "Dəmir günbəz" Qəzza sektorundan buraxılan 185 raketdən 61-ni vurub. Qalan raketlərin vurulmaması heç də dəqiqlik problemi deyil. Məsələ burasındadır ki, kompleksin tərkibinə daxil olan radar raketin trayektoriyasını müəyyən edir və əgər həmin raketin boş əraziyə düşəcəyi təsbit olunarsa onu vurmaq barədə komanda vermir. Nəticədə sistem öz raketlərinə qənaət edə bilir. "Həmas" və "Hizbullah"ın buraxdığı raketlərin 75 faizi hədəfdən yayındığı üçün "Dəmir günbəz" onların hamısını vurmur.
"Rafael" şirkəti bildirir ki, "Dəmir günbəz"in hədəfi vurma dəqiqliyi 90 faizdir. Sistem bütün hədəfləri aşkarlayır, ancaq eyni vaxtda buraxılan raketlərin hamısını həmişə vura bilmir. Bəs çoxsaylı "Qəssam" və "Qrad" raketlərinə qarşı bu sistemin tətbiqi nə dərəcədə sərfəlidir? İsrail ordusu sistemin döyüş təcrübəsinə əsasən müəyyən edib ki, "Dəmir günbəz"in tətbiqi maliyyə baxımından çox effektivlikdir. Belə ki, düşmən raketlərini bu sistemlə sıradan çıxarmaq həmin raketlərin vura biləcəyi ziyanın 3-4 faizi dəyərində başa gəlir. "Rafael" şirkətinin məlumatına görə "Dəmir günbəz" kompleksini almaq üçün Cənubi Koreya maraq göstərir. Habelə Pentaqon bu kompleksdən sınaq üçün bir batareya alıb. Bildirilir ki, Azərbaycanla İsrail arasında həmin komplekslərə dair 2013-cü ildə müqavilə bağlanıb.
Bir neçə gün əvvəl isə Milli Məclisin deputatı Yevda Abramov İsrailin Azərbaycana "Dəmir günbəz" istemini verəcəyini demişdi.
Deputatın sözlərinə görə, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır.
"Bu raketdən müdafiə sistemi "İsgəndər" raketlərinin yerə düşməsinə imkan verməyəcək" - Yevda Abramov bildirib.