» » » 132 manata görə, gözətçini bıçaqladılar - BAKIDA

132 manata görə, gözətçini bıçaqladılar - BAKIDA

132 manata görə, gözətçini bıçaqladılar - BAKIDA

Bakıda daş karxanasının gözətçisi quldur basqınına məruz qalıb.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.
Orada gözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədov quldur basqınına məruz qalıb. Əvvəlcə karxanaya gələn naməlum şəxs N.Məmmədovun ayaq nahiyəsinə, daha sonra boğazına bıçaqla zərbə vurub. Bundan sonra o, N.Məmmədovun 132 manat pulunu aparıb.
N.Məmmədov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları quldurluqda şübhəli bilinən şəxsin kimliyini müəyyən edə biliblər. Məlum olub ki, bu, əvvələr quldurluq əməlinə görə məhkum olunmuş Yaşar Şəfiyevdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tutulması istiqamətində araşdırma aparırlar.