» » » Bakıda sərnişin avtobusu YANDI

Bakıda sərnişin avtobusu YANDI

Bakıda sərnişin avtobusu YANDI

"Sədərək" ticarət mərkəzinin yanında səhər saatlarında sərnişin avtobusu yanıb.

Bu haqda hadisə şahidi bildirib.

O qeyd edib ki, hadisə yerinə iki yanğınsöndürən maşını və bir təcili tibbi yardım maşını gəlib.

"Hadisə Binəyə gedən yolda səhər 08.30 radələrində baş verib. Avtobusun külü qalmışdı, hətta nömrəsi də yanmışdı", - o bildirib.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan yoxdur.