» » » Ev yiyəsini döyüb pulunu oğurladılar - BAKIDA

Ev yiyəsini döyüb pulunu oğurladılar - BAKIDA

Ev yiyəsini döyüb pulunu oğurladılar - BAKIDA

Bakıda quldurluq hadisəsi baş verib.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, Səbail rayonu Salyan yolu küçəsində yaşayan 1937-ci il təvəllüdlü Zeynalov Anatoli Mirzə oğlunun evinə basqın edən şəxslər onu döyərək xeyli pul aparıblar. Evdən quldurluq yolu ilə ümumilikdə 1600 dollar və 3800 manat aparılıb.

Zərərçəkən ifadəsində evə basqın edən şəxsləri tanıdığını bildirib və cinayəti Ramil və Elçin adlı şəxslərin həyata keçirdiyini deyib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Ramil Mirzəyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.