» » » Bakı Ali Neft Məktəbindən intihar etmiş tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA - Son bir ayda..

Bakı Ali Neft Məktəbindən intihar etmiş tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA - Son bir ayda..

Bakı Ali Neft Məktəbindən intihar etmiş tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA - Son bir ayda..

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən tələbənin intiharı ilə bağlı açıqlama verilib.

Bakı Ali Neft Məktəbindən Ucarliyiq.biz-a verilən məlumatda bildirirlib ki, 4-cü kurs tələbəsi olan Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat etdiyi bildirilir: "O, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alırdı.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, son vaxtlar tələbə özünə qapanmışdır, son bir ayda dərslərdə iştirak etməmiş, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar.
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər".