» » » İmişlidə YANĞIN

İmişlidə YANĞIN

İmişlidə YANĞIN

İmişlidə birmərtəbəli yaşayış evi yanıb.

Ötən gecə şəhərdəki A. Məmmədov keçəsində yerləşən Elbrus Abbasova məxsus evdə yanğın qeydə alınıb. Hadisə zamanı həmin evdə kirayə yaşayan Gülüstan Məmmədova və qızı Sərfinaz Məmmədova son anda yanğından xilas edilib. Hadisə nəticəsində ümumi sahəsi 140 kvadratmetr olan bir mərtəbəli ev yanar konstruksiyaları əşyaları ilə bilikdə yanıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətrafda yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.(apa)