» » » Bakıda ərin arvadını şişləmə SƏBƏBİ bilindi -TƏFƏRRÜAT

Bakıda ərin arvadını şişləmə SƏBƏBİ bilindi -TƏFƏRRÜAT

Bakıda ərin arvadını şişləmə SƏBƏBİ bilindi -TƏFƏRRÜAT

26 yaşlı Qızbəs Məmmədovanın həyat yoldaşı tərəfindən xəsarət yetirməsinin səbəbi məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, səbəb qadının boşanmaq istəyidir.
Belə ki, Q.Məmmədova bir müddət əvvəl boşanmaq üçün məhkəməyə müraciət edib. O, 2 və 4 yaşlı uşaqlarını da götürüb başqa bir yerdə kirayə yaşamağa başlayıb. Bu yaxınlarda məhkəmələri olacaqmış. Həyat yoldaşı Q.Məmmədovanı kirayə yaşadığı evdə şişləyib. Sonra isə oradan qaçıb.
Təcili yardım vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan Q.Məmmədovanın səhhəti orta ağırdır. Xəstəxanadan Publika.az-a bildirdirlər ki, yaralar qarın boşluğu və qolundadır.
***
Bakının Xətai rayonunda ər və arvad arasında mübahisə qanlı sonluqla bitib.

Naximov küçəsində yaşayan 26 yaşlı Qızbəs Məmmədova ilə həyat yoldaşı arasında mübahisə düşüb. Ər əvvəlcə arvadını döyüb, sonra isə şişlə ona xəsarət yetirib. Yaralı qonşuların çağırdığı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

3 saylı Şəhər Kliniki Xəstəxanasının həkimi Seymur Məmmədov bildirib ki, Qısbəs Məmmədovanın bədənində 6 deşilmiş yara olub.

Hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir. (musavat)