» » » 82 yaşlı qadını sürüyərək döyən müəlliməyə cinayət işi AÇILDI

82 yaşlı qadını sürüyərək döyən müəlliməyə cinayət işi AÇILDI

82 yaşlı qadını sürüyərək döyən müəlliməyə cinayət işi AÇILDI

Qazax rayonunda 82 yaşlı həmkəndlisini döyən Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Qazax rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı məlumat verib. O, rəhbərlik etdiyi şöbənin əməkdaşlarını məktəbə göndərdiyini deyib: "Onlar həmin müəllimin dərsində oturub, tədrisə davamiyyətini, keçdiyi dərsin keyfiyyətini və şagirdlərlə münasibətini izləyiblər. Bu gün də iki nəfər göndərmişəm. Demişəm ki, qonşularla münasibəti ilə bağlı rəsmi olaraq mənə arayış gətirsinlər. Həmin arayış gəlsin, ondan sonra tədbir görəcəyik".

N.Babanlı Dusiya Məmmədova ilə qonşusu arasında yaranan mübahisəyə hüquq-mühafizə orqanlarının cavabdehlik daşıdığını vurğulayıb: "Məhkəmə, prokurorluq var, biz onun müəllimlik keyfiyyətinə cavabdehik. İki qonşu məişət problemi üstündə dalaşıb. Məişətdə olan dava hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Mən gedib müəllimin evinə girən deyiləm ki, görəm qonşu ilə münasibəti necədir?"

Qeyd edək ki, bir neçə gün öncə Qazax rayonunda Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında zibil üstündə mübahisə yaranıb. Müəllimə 82 yaşında qadının başına zibil töküb. Qoca qadın isə ona qarşılıq verəndə müəllimə onu yerə yıxaraq saçını yolub, üz-güzünə xəsarətlər yetirib.(AzNews.az)