» » » Sahibkarın FƏRAYDI: Adam adamın üstündən keçir, 15 minlik malım yanıb - YENİLƏNİB - VİDEO - FOTOLAR

Sahibkarın FƏRAYDI: Adam adamın üstündən keçir, 15 minlik malım yanıb - YENİLƏNİB - VİDEO - FOTOLAR

Sahibkarın FƏRAYDI: Adam adamın üstündən keçir, 15 minlik malım yanıb - YENİLƏNİB - VİDEO - FOTOLAR

13:54

Şəkidə bazarda baş verən yanğın söndürülüb

ARB Şəki xəbər verir ki, saat 06:30 radələrində Şəki bazarının xırdavat və geyim əşyaları satılan hissəsində başlayan yanğın qısa müddət ərzində geniş bir ərazini öz cənginə alıb. Hadisə nəticəsində yüzlərlə Şəki sakininə maddi ziyan dəyib.

Yanğının genişliyi ilə əlaqədar olaraq Şəki yanğından mühafizə hissəsinin əməkdaşları ilə yanaşı, əraziyə Qax, Yevlax və Oğuzdan texnika və canlı qüvvə cəlb olunub. Sahibkarlar isə yanğın təşvişində ərazidən mallarını çıxartmağa cəhd göstəriblər.

Zərərçəkən: "Mallarımın hamısı yanıb. Bax, mənim yerimdir yanan. Ziyanım 10 mindən çoxdur. 2 dənə yerdi".

Zərərçəkən: "Yanğınsöndürənlər gəlir, borunu çəkə bilmir. Yol açıq olsa, mən öz malımı çıxararam da oradan. Adam adamın üstündən keçir. Boğuşanlar doludur orada. Bura dayanacaqdır. Mənim 15 minlik malım yanıb".

Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətrafda yeləşən digər dükanlara keçməsinin qarşısı alınıb.

Zərərçəkən: "Saat 7 idi, uşaqlar zəng vurdular. Gəldik gördük ki, yanğın yaxınlaşır. Başladıq yanğınsöndürənlərə kömək etməyə. Yanğınsöndürənlər də buranı dağıtdılar, sökdülər. Yoxsa bu tərəflərə də keçmişdi. Yanğınsöndürənlərin böyük köməyi oldu. Allah canlarını sağ eləsin. Onlar olmasa idi, bu tərəfə də keçib alışıb yanmışdı".

FHN-in Şəki yanğından mühafizə hissəsinin rəisi Gündüz Abdullayev: "Hadisə yerinə çatdıqda bazarın bir hissəsində yanğının olduğu müşahidə olundu. Ətraf rayonları köməyə çağırdıq. Yanğının yaxınlıqda olan ərazilərə keçməsinin qarşısı alındı. Xəsarət alan, itki yoxdur.

İlkin məlumatlara əsasən, bazarın təxminən 1000 kvadratmetrlik ərazisi yanıb. Yanğınla əlaqədar olaraq əraziyə rayon rəhbərliyi də gəlib. Yanğının başvermə səbəbləri araşdırılır.

----------

09:55

Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur.

ARB Şəki xəbər verir ki, Şəki səhəri yanğın xəbəri ilə açıb. Səhər saatlarında bazarda başlayan yanğın az müddətdə geniş əraziyə yayılıb. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki DYMH-nin canlı qüvvəsi və texnikası ilə yanaşı, Qax və Yevlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Hələ ki, yanğının qarşısını almaq mümkün olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.

Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir. Sahibkarlara küllü miqdarda ziyanın dəydiyi ehtimal olunur.

[youtube]

[/youtube]