» » » Adam tutub arvadını öldürtdü - Bakıda dəhşətli QƏTL

Adam tutub arvadını öldürtdü - Bakıda dəhşətli QƏTL

Adam tutub arvadını öldürtdü - Bakıda dəhşətli QƏTL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ucarliyiq.biz apa-ya istinadən məlumat verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin cinayətinin məhkəmə istintaqında da tam sübuta yetirildiyini deyib. O, təqsirləndirilən hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Zabrat qəsəbəsində baş verib. Yanvarın 10-da həmin qəsəbədə 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilib. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs, mərhumun keçmiş həyat yoldaşı Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.

Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədilə qətlini sifariş verdiyi məlum olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəm Rzayevin Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənova 2000 manat vəd etdiyi açıqlanıb. E. Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub, küt alətlə onun başına zərbə endirərək öldürüb.

Elşad Həsənov və Rüstəm Rzayevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.