» » » Sabirabadda oğruların gözü doymadı -Bir gündə iki ev

Sabirabadda oğruların gözü doymadı -Bir gündə iki ev

Sabirabadda oğruların gözü doymadı -Bir gündə iki ev

Sabirabad rayonunda bir gündə 2 oğurluq hadisəsi baş verib. Mənzildən müxtəlif növ məişət əşyaları oğurlanıb.

Ucarliyiq.biz-ın məlumatına görə, H. Əliyev prospektində yerləşən 12 nömrəli evdən oğurluq edənlərin kim olduğu hələ ki, məlum deyil. Oğruların mənzilə digər qonşunun həyətindən keçərək (Qurban Namazəliyev küçəsi, ev №48) daxil olduqları güman olunur. Belə ki, polisin əraziyə baxışı nəticəsində sonradan məlum olub ki, həmin evdən də eyni qayda üzrə məişət əşyaları aparılıb. Oğurluq edilən mənzillərdə daimi yaşayış olmayıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.(lent.az)

Sabirabadda oğruların gözü doymadı -Bir gündə iki ev
Sabirabadda oğruların gözü doymadı -Bir gündə iki ev