» » » Bərdədə 88 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI - Ölən qızının ad günü imiş

Bərdədə 88 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI - Ölən qızının ad günü imiş

Bərdədə 88 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI - Ölən qızının ad günü imiş

Bərdə rayonu Şirvanlı kəndində 88 yaşlı Eyvaz Cəbiyevin intiharının bəzi təfərrüatları məlum olub.

Kəndin bələddiyyə sədri İldırım Quliyevin Publika.az-a verdiyi məlumata görə, o, qəbiristanlıqdan qayıdandan sonra intihar edib. Onun sözlərinə görə, E.Cəbiyev qapalı insan olub. Lakin ailəsinin və kənd camaatının bildiyi ciddi bir problemi olmayıb:
"İki il əvvəl həyat yoldaşını itirmişdi, sonra da qızı xərçəngdən öldü. Bu itkilərdən sonra o, özünə gələ bilmirdi. Dünən də qızının qəbrini ziyarət edib. Evə qayıdandan sonra intihar edib. Həmin vaxt evdə heç kim olmayıb. Oğlu, gəlini işdə olub. Gəlini işdən gələndə onun intihar etdiyini görüb, qonşuları çağırıb. Düzdür, itkiləri var idi, amma bu yaşda intihar etməsi hamı üçün gözlənilməzdir. Başqa heç bir səbəb tapa bilmirik".
***
Bərdədə intihar hadisəsi baş verib.
Bərdə rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənd sakini, 88 yaşlı Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)