» » » Siyəzəndə ağır QƏZA: bir ailənin üç üzvü...

Siyəzəndə ağır QƏZA: bir ailənin üç üzvü...

Siyəzəndə ağır QƏZA: bir ailənin üç üzvü...

Siyəzən rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz report-a istinadən bildirir ki, hadisə Bakı-Quba magistralının rayon ərazisindən keçən hissəində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mamed Sultan oğlu Kazımov idarə etdiyi "Nissan-Tida" markalı, 90-SD-656 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın bir neçə dəfə çevrilərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - sürücü M.Kazımov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəvayət Salman qızı Kazımova və onun qızı Cəmilə Mamed qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.