» » » Ata-anasız şəhidlə bağlı YENİ FAKTLAR

Ata-anasız şəhidlə bağlı YENİ FAKTLAR

Ata-anasız şəhidlə bağlı YENİ FAKTLAR

Bu gün daha bir şəhidimizin doğum günüdür. Ata-anasız şəhidimiz Cəfərzadə Rəşad Əlyar oğlu yaşasaydı 22 yaşını qeyd edəcəkdi.

Femida.az-ın əməkdaşı şəhidin ailəsində olub. Şəhid Rəşadın xalası Mahirə xanım onsuz yaşadığı ayların çətinliyindən danışıb. Rəşad valideynlərini vaxtsız itirdiyi üçün onun qayğısına xalası və dayısı qalıb. Mahirə xanımın sözlərinə görə, bu gün sadə xalq şəhidinə çox böyük hörmət qoyur. Onu unutmurlar.
" Rəşadsız bu müddətdə yaşamaq mənə əzab kimi gəlir. O ana qayğısı görə bilmədi. Düzdür mən ona ana ola bilməsəm də, ancaq bacardığım qədər qayğısına qaldım.Onun toyunu etmək bizə qismət olmadı."

Mahirə xanımın bir arzusu şəhidin adının əbədiləşdirilməsidir.

" 10 aydır ki, Rəşad şəhid olub. Ancaq bu günə kimi ona şəhid statusu ala bilməmişik. Buna səbəb kimi Rəşadın valideynlərinin olmaması və bacısının 18 yaşından böyük olmasıdır. Biz qanunla şəhid ailəsi hesab edilmirik. Baxmayaraq ki, qardaşım Mahir onu rəsmi şəkildə qəyyumluğa götürüb. Bu gün əlimizdə Rəşadın şəhidliyini təsdiq edən rəsmi sənəd olmadığı üçün onun adının əbədiləşdirilməsi problemə çevrilib. Məni narahat edən yeganə məsələ budur.Yaşadığımız küçəyə onun adı verilə bilər."

Xatırladaq ki, 1994-cü il təvəllüdlü şəhid əsgərimiz Cəfərzadə Rəşad 16 dekabr 2015- ci il tarixdə Ağdamın Sarıcallı kəndi ərazisində düşmən hücumunu dəf edərkən şəhid olub.O "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Ata-anasız şəhidlə bağlı YENİ FAKTLAR