» » » Lənkəranda ağır QƏZA: 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir

Lənkəranda ağır QƏZA: 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir

Lənkəranda ağır QƏZA: 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir

Hadisə Ələt-Astara magistralının 199-cu km-də, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.

İkinci dərəcəli yoldan magistral yola çıxmaq istəyən, taksi fəaliyyəti ilə məşgul olan 58 yaşlı Firudin Bəqəliyevin idarə etdiyi Vaz 2106 markalı 42 BD 627 dövlət qeydiyyat nişanlı avtomaşın magistralla hərəkətdə olan "Ford" markalı 10 VZ 539 dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxaraq qəzaya səbəb olub. Daha sonra yol kənarında hərəkətsiz vəziyyətdə olan Bəxtiyar Məmmədova məxsus "Mersedes" markalı, 10 CL 221 dövlət qeydiyyat nişanlı avtomaşına çırpılıb. Nəticədə Vaz 2106 -nın sürücüsü və avtomaşında olan 5 tələbə maxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lənkəran Dövlət Universitetinin tələbələri olan sərnişinlərdən Masallı rayon Dadva kənd sakini, 18 yaşlı Xanımnisə Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanlar: Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə isə travmatotogiya şöbəsində qeydiyata alınıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.(report)