» » » Bakı metrosunda TERROR: 22 yaşlı gənc özünü relslərin üstünə atdı...

Bakı metrosunda TERROR: 22 yaşlı gənc özünü relslərin üstünə atdı...

Bakı metrosunda TERROR: 22 yaşlı gənc özünü relslərin üstünə atdı...

Bakı Metropolitenin "Koroğlu" stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçıb.

Ucarliyiq.biz bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metropolitendə olan polis əməkdaşları tərəfindən həmin şəxsin saxlanılıb. Məlum olub ki, qaçan şəxs Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

N.Paşayev bildirib ki, qatar yolunda gərginliyin söndürülməsi ilə əlaqədar "İçərişəhər" - "Həzi Aslanov" və "Dərnəgül" - "Həzi Aslanov" xəttləri üzrə qatarların hərəkətində gecikmələr olub.

Araşdırmalar zamanı S.Aslanov bildirib ki, bu addımı ailə münaqişəsi zəminində atıb. Faktla bağlı araşdırmalar davam edir.

Yaranmış təhlükə ilə əlaqədar qatar yolunda gərginlik söndürülüb, polis əməkdaşları həmin şəxsin arxasında qaçıblar. Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, bu, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Samir Famil oğludur.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev apa-ya da faktı təsdiqləyib. Onun sözlərinə görə, gərginliyin söndürülməsi ilə əlaqədar metro xəttinin "Koroğlu" - "Həzi Aslanov" stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.

Metroda həyəcanlı anlar yaşadan 22 yaşlı Samir Aslanov Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib. Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub və terror ehtimalı istisna edilir. Faktla bağlı araşdırmalar davam edir.

Bakı metrosunda TERROR: 22 yaşlı gənc özünü relslərin üstünə atdı...