» » » Bakıda heyvanların parçaladığı AVTORİTETİN KİMLİYİ BİLİNDİ - FOTOLAR

Bakıda heyvanların parçaladığı AVTORİTETİN KİMLİYİ BİLİNDİ - FOTOLAR

Bakıda heyvanların parçaladığı AVTORİTETİN KİMLİYİ BİLİNDİ - FOTOLAR

Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib.
Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikalayeviç Bakay olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.
Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. Fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс" döyməsi var.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən də onun kimliyi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.
Hazırda meyiti tapılan şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.
Hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.
Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. (apa)

Bakıda heyvanların parçaladığı AVTORİTETİN KİMLİYİ BİLİNDİ - FOTOLAR
Bakıda heyvanların parçaladığı AVTORİTETİN KİMLİYİ BİLİNDİ - FOTOLAR
Bakıda heyvanların parçaladığı AVTORİTETİN KİMLİYİ BİLİNDİ - FOTOLAR