» » » ŞOK NƏTİCƏ: 138 nəfər "yol terroru"nun qurbanı oldu - Azərbaycanda

ŞOK NƏTİCƏ: 138 nəfər "yol terroru"nun qurbanı oldu - Azərbaycanda

ŞOK NƏTİCƏ: 138 nəfər "yol terroru"nun qurbanı oldu - Azərbaycanda

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Ucarliyiq.biz-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, paytaxt ərazisində baş vermiş 490 (ötən ilin müvafiq dövründə 600) yol-nəqliyyat hadisəsində 138 (ötən ilin müvafiq dövründə 175) nəfər həlak olub, 515 (ötən ilin müvafiq dövründə 645) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3%, həlak olanların sayı 21,1%, xəsarət alanların sayı 20,2% azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 (-54, 103) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.(APA)