» » » İmişlidəki zəlzələdə insan tələfatı və dağıntı - Yenilənib

İmişlidəki zəlzələdə insan tələfatı və dağıntı - Yenilənib

İmişlidəki zəlzələdə insan tələfatı və dağıntı - Yenilənib

Bu gün səhər saatlarında zəlzələ baş verib.

Ucarliyiq.biz-ın apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, 4,5 maqnitudalı zəlzələnin episentri İmişli rayonu olub.

Zəlzələ Ağcabədi, Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında da hiss edilib.

***

Bu gün yerli vaxtla saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib.

Zəlzələ episentrə yaxın digər ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

Fövqəladə Hallar Nazirliyi İmişlidə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Ucarliyiq.biz-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə əsasən bildirilir ki, oktyabrın 16-da yerli vaxtla saat 11:52-də Saatlıdan 30 kilometr cənub-qərbdə, İmişli rayonu ərazisində 12 kilometr dərinlikdə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub.

İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.