» » » Bir ailənin üç üzvü... Ağsuda FACİƏ

Bir ailənin üç üzvü... Ağsuda FACİƏ

Bir ailənin üç üzvü... Ağsuda FACİƏ

Ağsu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Ucarliyiq.biz apa-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Nuxov Vüqar Fidai oğlu idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Vüqar Nuxov, onun oğlu 1995-ci il təvəllüdlü Nihad Nuxov, kürəkəni 1987-ci il təvəllüdlü Yusifov Polad Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.