» » » Bakıda BİABIRÇILIQ: "Xəyanət etdiyim sevgilim bacımla evləndi "

Bakıda BİABIRÇILIQ: "Xəyanət etdiyim sevgilim bacımla evləndi "

Bakıda BİABIRÇILIQ: "Xəyanət etdiyim sevgilim bacımla evləndi "

Validənin həyat hekayəsi ilə tanış olaq.

Əslində mən də öz sevgilimə dönük çıxdım...

Rayona yaxın kənddə yaşayırıq. Ailədə iki qardaşım var, iki də bacım. Ailənin kiçik qızı mənən. Kəndimizdə məni çox yerdən istəyən var idi. Mən isə atamın qohumlarından olan qonşumuzun oğlu ilə sevgili idim. Bir gün qonşu rayondan anamın qohumlarından mənə elçi gəldilər. Buna razı olmasam da, anam tərəfinin təkidi ilə elçilərə "həri" cavabı verildi.

Sevdiyim oğlan bunu biləndə çox əsəbiləşdi. Əslində mən də öz sevgilimə dönük çıxdım. O, mənə dedi ki səni bağışlamayacam.

Dedi ki, səni istəmirəm...

Toyum oldu və gəlin köçdüm. Bundan bir ay öncə isə, cehizim ərə getdiyim oğlangilə aparılmışdı. Toy gecəsi ərə getdiyim oğlan məni evə çıxararaq anamın yaxınlıqda yaşayan qohumlarıgilə yolladı. Dedi ki: "Səni istəmirəm. Sən yaxşı qız deyilsən". İki ay anamın qohumlarıgildə qaldım. Oğlanı heç cür yola gətirə bilmədilər. Sonra bildim ki, xəyanət etdiyim atamın qohumu olan sevdiyim oğlan mənimlə olan münasibətini ərə getdiyim oğlana deyibmiş. Sonra kor – peşiman cehizimi də yığıb ata evimə gətirildim.

Yenidən mənə eşq elan elədi...

Həm ərə getdiyim oğlan, həm də xəyanət etdiyim sevgilim Rusiyaya çıxıb getdi. Bir neçə ildən sonra sevgilim olan oğlan Azərbaycana gəldi. Yenidən mənə eşq elan elədi. Dedi ki, səninlə evlənmək istəyirəm. Bunun bir qisas olduğunu düşünüb, onun təklifinə "yox" – dedim. Sonra məndən böyük olan bacımla evləndi. Bacıma dedim ki, ona ərə getmə, ola bilsin mənim qisasımı səndən çıxar. Bacım mənimlə razı olmadı və ona ərə getdi.

Toy gecəsi bakirə olduğumu biləndə məttəl qaldılar...

İllər sonra ərə getdiyim oğlan da Rusiyadan qayıdıb evləndi. Məni isə qonşu kənddən bir oğlan sevirdi. Valideynləri isə məni "dul" bilib evlənməyimizə razı deyildilər. Elə oldu ki, məni qaçırdı. Valideynləri bizi evə buraxmadı. Bir neçə gün qohumlarında qaldıq. Sonra qohumlarının təkidi ilə valideynləri bizi evə gətirdi. Toy gecəsi bakirə olduğumu biləndə məttəl qaldılar. O, vaxtda qədər elə bilirlərmiş ki, mən bakirə deyiləm. İndi o illərdən bir neçə il ötüb, iki övladım var. Hamımız xoşbəxtdik elə bilirəm.(moderator.az)