» » » Tiflis-Bakı qatarındakı QƏZA ilə bağlı AÇIQLAMA

Tiflis-Bakı qatarındakı QƏZA ilə bağlı AÇIQLAMA

Tiflis-Bakı qatarındakı QƏZA ilə bağlı AÇIQLAMA

"Tiflisdən Bakı istiqamətinə gələn qatar Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb".
Bu haqqda "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Publika.az-bildirib.
N.Əzməmmədovun sözlərin görə, baş verən hadisə nəticəsində vaqon aşmayıb.
"Qatar stansiyaya daxil olarkən sürətli olmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda isə hərəkət dayanmayıb. Bir yolla biz qatarların hərəkətini təmin edirik", - deyə N.Əzməmədov əlavə edib.
Qurum sözçüsünün sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb, qrafikdə heç bir dəyişiklik baş verməyib: "Bakıya və Tbilisiyə gedən qatarlar vaxtında mənzil başına çatıb. 1-2 saatdan sonra ikinci yolu da açacağıq".
***
Bu gün Tiflisdən Bakıya hərəkət edən sərnişin qatarının 4 vaqonu relsdən çıxaraq aşıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, qəza bu gün səhər 10:30 radələrində baş verib.
Hadisə nəticəsində həmin istiqamətdə bütün hərəkət dayanıb, dəmiryol xəttində isə ciddi problem yaranıb.