» » » Bakı metrosunda CİNAYƏT

Bakı metrosunda CİNAYƏT

Bakı metrosunda CİNAYƏT

Bakı metropolitenində oğurluq hadisəsi baş verib.

A24.Az xəbər verir ki, hadisə metronun "28 May" stansiyası ərazisində qeydə alınıb. Şəmkir şəhər sakini Nigar Hacıyevanın çantasından mobil telefon oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün metronun "Gənclik" stansiyasında Bakı şəhər sakini Fəridə Cəfərlinin çantasından sənəd oğurlaması da müəyyən edilib.