» » » QANDONDURAN OLAY: Bakıda poliklinikada ölüm kabusu, PARTLAYIŞ...

QANDONDURAN OLAY: Bakıda poliklinikada ölüm kabusu, PARTLAYIŞ...

QANDONDURAN OLAY: Bakıda poliklinikada ölüm kabusu, PARTLAYIŞ...

2 il öncə əsaslı təmirdən çıxan, Xətai rayonu ərazisində yerləşən 6 nömrəli şəhər poliklinikasında elektrik qapanması baş verib. Son 15 gündə 6-7 dəfə baş verən bu hadisə poliklinika işçilərini də narahat edib.

Həkim Zəlimxan Məmmədli hadisə ilə bağlı Cebhe.info-ya məlumat verib: "Elektrik xətti ciddi problemə çevrilib, aparatlarımız yanır, işimiz dayanır. Təxminən 15 günün içində 6 dəfə belə partlayış olub. Usta çağırırlar, hər dəfə qazıntı, calama işləri aparıb gedirlər. Sabahısı gün yenə də eyni problemlər yaranır. Bir adam ölməyənəcən problem həll edilməyəcək".

Z. Məmmədli aidiyyatı qurumaların məsələyə bir əncam çəkmədiyini deyib: "Bura poliklinikadır, əhaliyə xidmət edir. İki il öncə poliklinikanın təmir-tikintisini həyata keçirən MMC, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti məsələyə əncam çəkməlidir. Kitabımızı oxusalar da, bir iş görən yoxdur".

Məsələ ilə bağlı poliklinikanın direktor müavini Gülmira İbrahimova ilə əlaqə saxladıq. G. İbrahimovanın sözlərinə görə, hadisənin baş verməsinə səbəb əsaslı təmir zamanı poliklinikanın çöl kabellərinin dəyişdirilməməsidir: "Poliklinika 2 il öncə əsaslı təmir olunsa da, çöl kabellər dəyişdirilmədi. Yağış sularının tökülməsi nəticəsində isə, belə arzuolunmaz olay baş verib. Məsələni kökündən həll etmək lazımdır. Bununla bağlı aidiyyatı qurumlara müraciət etmişik".