» » » FACİƏ!Göygöldə iki azyaşlı uşaq öldü

FACİƏ!Göygöldə iki azyaşlı uşaq öldü

FACİƏ!Göygöldə iki azyaşlı uşaq öldü

Göygöldə dəm qazından zəhərlənmə olub.
Publika.az-ın verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.