» » » Qubada itkin düşmüş kişinin meyidi tapıldı - YENİLƏNİB

Qubada itkin düşmüş kişinin meyidi tapıldı - YENİLƏNİB

Qubada itkin düşmüş kişinin meyidi tapıldı - YENİLƏNİB

12:20

Quba rayonunda 48 yaşlı Hafiz Şirinovun intiharının bəzi təfərrüatları məlum olub.

Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Şirinov oktyabrın 13-dən itkin düşübmüş: "Ailə üzvləri onu axtarıb, amma tapa bilməyiblər. Oktyabrın 19-da isə Hafiz Şirinovun alma bağında meyidi aşkarlanıb. Meyit alma ağacından asılı vəziyyətdə olub".

Prokurorluqdan bildirilib ki, H.Şirinov ailəlidir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

----------

10:29

Quba rayonunda intihar hadisəsi baş verib.

Ucarliyiq.biz bildirir ki, bu barədə Trend-ə Quba Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 19-da axşam saatlarında rayonun Banxanlı kəndində baş verib. 1968-ci il təvəllüdlü Şirinov Hafiz Hacıəhməd oğlu özünü yaşadığı evin həyətində asıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.