» » » Abşerondakı partlayışın ƏSL SƏBƏBİ çöldəki.. TƏFƏRRÜAT

Abşerondakı partlayışın ƏSL SƏBƏBİ çöldəki.. TƏFƏRRÜAT

Abşerondakı partlayışın ƏSL SƏBƏBİ çöldəki.. TƏFƏRRÜAT

Abşeron rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən partlayışın detallatı məlum olub.

Ucarliyiq.biz bildirir ki, Musavat.com-un əməkdaşı hadisənin baş verdiyi evə gedib və bəzi məsələləri dəqiqləşdirə bilib.

İkimərtəbəli fərdi yaşayış evi Müşfiq Qurbanova məxsusdur. O, Nəqliyyat Nazirliyində işləyir. Ev sahibinin həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. O, Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

Evin yaxınlığından yerin altı ilə qaz kəməri keçir. Kəmərdə sızma olub və bundan heç kim xəbər tutmayıb. Kəmərdən sızan qaz Müşfiq Qurbanovun evinin altına yığılıb. Ev sahibi bu gün səhər namaza oyanıb. O, evin işıqlarını yandıranda dəhşətli partlayış baş verib. Partlayış o qədər güclü olub ki, ikimərtəbəli evin damını yerindən qoparıb.

Hadisə nəticəsində ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Müşfiq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova və onların 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Respublika Yanıq Mərkəzindən Musavat.com-a verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır. Ailə başçısının bədəninin 70 faizdən çoxu, onun həyat yoldaşı və qızıının isə bədəninin 80 faizindən çoxu yanıb.