» » » SON DƏQİQƏ!Aparat rəhbərinin evi partladı: 3 yaşlı qız öldü, yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

SON DƏQİQƏ!Aparat rəhbərinin evi partladı: 3 yaşlı qız öldü, yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

SON DƏQİQƏ!Aparat rəhbərinin evi partladı: 3 yaşlı qız öldü, yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

14:10

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşviq Qurbanov "Azəravtoyol" ASC-də Aparat rəhbəridir.

Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb.

----------

12:27

Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılar hazırda reanimasiya şöbəsindədirlər:

"Oktyabrın 21-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki partlayışla bağlı 3 nəfər - 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri ilə şöbəyə daxil olublar. Hazırda hər üçünün vəziyyəti ağırdır. Müşviq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanıb. Hazırda xəstələrə lazım olan bütün tibbi yardımlar edilir".
Qeyd edək ki, ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

--------

12:14

Abşeron rayonunun Hökməli qəsəbəsindəki yaşayış evində baş vermiş partlayışın təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, evin yaxınlığından keçən yeni çəkilmiş qaz xəttindəki sızma nəticəsində mənzilin zirzəmisinə qaz dolub. Səhər saat 05 radələrində evin xanımı Şəbruz Novruzova namaz qılmaq üçün ayağa qalxarkən mətbəxin işığını yandırıb. Evin zirzəmisinə dolan qaz isə partlayışa səbəb olub. Ev tamamilə dağılıb.

Məlumata görə, ev sahibi Müşviq Qurbanov "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşıdır. Evin xanımı Ş.Novruzova isə N.Tusi adına klinikada həkim işləyir. Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan ev sahibi 44 yaşlı Müşviq Qurbanov, onun həyat yoldaşı 44 yaşlı Ş.Novruzova və övladları - 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər, 3 yaşlı Banıçiçək Qurbanlı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

X X X

Ötən gecə Abşeronda partlayış baş vermiş yaşayış evində xəsarət alan qadının tanınmış cərrah olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində yaralanan ev sahibi Müşviq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

----------

09:50

Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

APA-nın məlumatına görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

---------

08:03

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.