» » » İcra başçısının qardaşı vəfat etdi

İcra başçısının qardaşı vəfat etdi

İcra başçısının qardaşı vəfat etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.

Ucarliyiq.biz "Report"a istinadən xəbər verir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

2006-cı ildə təqaüdə çıxıb.

Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdır.