» » » Lökbatanda maskalı şəxs kabusu: Ev yiyəsini döyərək...

Lökbatanda maskalı şəxs kabusu: Ev yiyəsini döyərək...

Lökbatanda maskalı şəxs kabusu: Ev yiyəsini döyərək...

Bakıda yaşayış evinə basqın olub.

Ucarliyiq.biz apa-ya istinadən bildirir ki, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1944-cü il təvəllüdlü Hətəm Namazovun yaşadığı evə daxil olan maskalı şəxs onu döyərək pul tələb edib. Ev sahibinin səs-küy saldığını görən maskalı şəxs qaçıb.

Baş vermiş hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanıb.