» » » DƏHŞƏT!İşıqforda salfet satan 6 yaşlı uşaq CAN VERDİ

DƏHŞƏT!İşıqforda salfet satan 6 yaşlı uşaq CAN VERDİ

DƏHŞƏT!İşıqforda salfet satan 6 yaşlı uşaq CAN VERDİ

Türkiyədə sürücülərin "qovalama şousu" faciəylə bitib.

Xarici mətbauta istinadən xəbər verilir ki, Konyada minik avtomobili ilə mikroavtobus sürücüsünün "qaçdı-qovdusu" zamanı meydana gələn qəzada işıqforun qırmızı işığında salfet satan 6 yaşlı Yakup Çiçək ölüb.

Onun 8 və 10 yaşlı iki qardaşı isə ağır yaralanıb.

Qəza sonrası minik avtomobilinin sürücüsü Atilla Mayda hadisə yerində polis tərəfindən nəzarətə götürülüb. Qaçmaq istəyən mikroavtobus sürücüsü Cumaali Çətin isə avtomobil təmirxanasında ələ keçib.

Qəzayla əlaqədar istintaq davam etdirilir.