» » » SON DƏQİQƏ!Bakıda həbsxanada QİYAM - Qoşun yeridildi

SON DƏQİQƏ!Bakıda həbsxanada QİYAM - Qoşun yeridildi

SON DƏQİQƏ!Bakıda həbsxanada QİYAM - Qoşun yeridildi

Bakı İstintaq Təcridxanasında qiyam baş verib.

Məlumata görə, dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib.

Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.

Mənbə bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən "payok"un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri "peredaça"ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

"Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə "söyüş" qoyduqlarını bildiriblər", - mənbə deyib.

Qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib.(Virtualaz.org)