» » » Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO

Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO

Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO

Samuxda qaz sızması güclü partlayışa səbəb olub. Partlayış nəticəsində yararsız hala düşən evdə iki nəfər ağır xəsarət alıb.

AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb. Nəticədə Naçar İsmayılovun bədəninin 65 faizi, onun həyat yoldaşı - 51 yaşlı Zemfira İsmayılovanınsa bədəninin 45 faizi yanıb.
Hər iki yaralı ilk olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Daha sonra isə vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə göndəriliblər. Hadisə zamanı evdə daha 4 nəfər - Naçar İsmayılovun gəlini və 3 azyaşlı nəvəsi olsa da xoşbəxtlikdən onlar xəsarət almayıb.
Zərərçəkən: "Elə gördüm ki, yanır. Qızlarım burada yatır, oğlum da yanımda. Yoldaşım da işdə idi. Uşaqları oyatdım ki, durun ev yanır. Toru cırıb uşaqları çölə atdım. Əmimoğlu gəldi uşaqları məhlədən götürdü. Özüm də hələ çıxa bilmədim. Qapını alov qoymurdu açam. Birtəhər özümü çölə atdım". Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO
Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO
Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO
Samuxdakı partlayışdan ən son GÖRÜNTÜLƏR - VİDEO