» » » SON DƏQİQƏ!Evi partlayan aparat rəhbəri və xanımı ağırdır - Türkiyəyə...

SON DƏQİQƏ!Evi partlayan aparat rəhbəri və xanımı ağırdır - Türkiyəyə...

SON DƏQİQƏ!Evi partlayan aparat rəhbəri və xanımı ağırdır - Türkiyəyə...

Ötən gün Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova Türkiyəyə aparılıb.

Bu barədə Yanıq Mərkəzinin Baş həkimi Şöhrət Məmmədov deyib. Baş həkim bildirib ki, xəsarət alan hər iki şəxs ötən gün axşam saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki hospitallardan birinə köçürülüb.

"Onların vəziyyəti çox ağırdır. Hər ikisində bədənin 80%-i yanıb. Xəsarət alan şəxslər yaxınları tərəfindən təyyarə ilə Türkiyəyə aparıldı".

Hadisə nəticəsində xəsarət alan ailənin digər üzvü Leyla Qurbanlının müalicəsi isə Respublika Yanıq Mərkəzində davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova Türkiyəyə özəl təyyarə ilə aparılıb. Onların hazırda həkim nəzarətində olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində Müşviq Qurbanova məxsus evdə partlayış baş verib. İlkin ehtimala görə, partlayış qaz sızmasından olub. Hadisə nəticəsində M.Qurbanov, həyat yoldaşı Ş.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıb. Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.

Yanıq xəsarətləri alan M.Qurbanov "Azəravtoyol" ASC-nin Aparat rəhbəri, həyat yoldaşı Ş.Qurbanlı isə cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.(azvision.az)