» » » Taksidə 23 yaşlı oğlanın FACİƏSİ - VİDEO

Taksidə 23 yaşlı oğlanın FACİƏSİ - VİDEO

Taksidə 23 yaşlı oğlanın FACİƏSİ - VİDEO

23 yaşlı Əsədulla Əsgərzadə 7 aydır bu vəziyyətdə müalicə alır
Taksidə qəzaya düşdü, sağlamlığını itirdi... 23 yaşlı Əsədulla Əsgərzadə 7 aydır bu vəziyyətdə müalicə alır .Qəzaya duşduyü taksinin sürücüsü kömək edə bilmədiyindən bütün xərclərini ailəsi və yardımsevər insanlar çəkir. Bəs taksidə sərnişin qismində qəzaya düşərkən xəsarət alanın xərclərini kim çəkməlidir? Əgər Əsədullanın istifadə etdiyi taksi sərnişinlərin icbari fərdi qəza sığortasına sahib olsaydı, indi ailəyə müəyyən yardım edilərdi. Təssüf ki, taksi sürücülərin çoxu bu sığorta haqda məlumatszıdır.

Sərnişinlərin icbari fərdi qəza sığortası nəqliyyat vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına zərər dəyməsinə görə təminat verir. Sərnişinin bədən üzvlərinin zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.
Sığorta eksperti Daşdəmir Niftəliyev bildirir ki, bu sığorta növünün qiyməti xeyli ucuz, sığorta hadisəsi zamanı ödənilən məbləğ isə yüksəkdir.
Sığorta eksperti sərnişinlərə yalnız bu sığortası olan taksilərdən istifadə etməyi məsləhət görür.(xezer.xeber)