» » » FACİƏ!Xalq artisti oğlunun ölümündən XƏBƏRSİZDİR -YENİLƏNİB

FACİƏ!Xalq artisti oğlunun ölümündən XƏBƏRSİZDİR -YENİLƏNİB

FACİƏ!Xalq artisti oğlunun ölümündən XƏBƏRSİZDİR -YENİLƏNİB

Xalq artisti, bəstəkar Ramiz Zöhrabovun ailəsinə ağır itki üz verib.

Sənətkarın oğlu Rəşad Zöhrabov dünyasını dəyişib. Maşın qəzası keçirən Zöhrabov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun ailəsindən AzNews.az-a verilən məlumata görə, Ramiz Zöhrabov oğlunun ölümündən xəbərsizdir."Ramiz müəllim xəstədir, ona bu sözü demək olmaz"-deyə bəstəkarın ikinci həyat yoldaşı bildirib.

Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin xəbərlər departamentinin rejissoru olub.

Rəşad Zöhrabov AzTV-də rejissor vəzifəsində çalışırdı.

Dünən 23-54....
Bu gün səhər saatlarında Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas Ramiz Zöhrabovun oğlu Rəşad Zöhrabovu avtomobil vurub. Avtosfer.az-ın məlumatına görə Rəşad Zöhrabovu 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriblər. Lakin aldığı bədən xəsarətindən dünyasını dəyişib.

Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin "Xəbərlər" proqramında rejissor vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin! (avtosfer.az)