» » » CİNAYƏTKAR - Şeytan aldatdı, peşmanam - VİDEO

CİNAYƏTKAR - Şeytan aldatdı, peşmanam - VİDEO

CİNAYƏTKAR - Şeytan aldatdı, peşmanam - VİDEO

"Dedim ki, pulum olar, alıb qoyaram yerinə"

5 min manatlıq kompressoru 300 manata satıb.

ARB TV xəbər verir ki, Abşeron rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birinin sahibi oradan kompressor oğurlanması barədə rayon polis idarəsinə müraciət edib. Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Məlum olub ki, kompressoru avtoyuma məntəqəsində yuyucu işləyən Lənkəran şəhər sakini Əliağa Süleymanov oğurlayıb. O, paytaxtdan Lənkərana qayıdırmış və pula ehtiyacı olub. Beləliklə, 5 min manat dəyəri olan kompressoru 300 manata satıb. Əldə etdiyi pulu tanışları ilə yeyib-içməyə xərcləyib.

Əliağa Süleymanov - saxlanılan şəxs: "Həmin aparat xarab olmuşdu, ustaya apardım. Daha sonra ustaya verəcək pulum olmadı və aparatı elə orada 300 manata satdım. Dedim ki, pulum olar, alıb qoyaram yerinə. Pulum olmadı, qaldı orada, mən də çıxıb gəldim rayona. Peşmanam, gərək belə etməyəydim. Mənə etibar etmişdi, şeytan yoldan çıxartdı".

Əliağanın "şeytanı" onu bundan əvvəl də yoldan çıxarıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

[youtube]

[/youtube]