» » » Goranboyda 84 yaşlı kişi güclü yanğında yanaraq ölüb

Goranboyda 84 yaşlı kişi güclü yanğında yanaraq ölüb

Goranboyda 84 yaşlı kişi güclü yanğında yanaraq ölüb

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Ucarliyiq.biz- ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.